Kıvanç Tatlıtuğ nişanlandı? - FOTOLAR
Bizi izləyin

Magazin2

Kıvanç Tatlıtuğ nişanlandı? - FOTOLAR

Türkiyənin ən yaraşıqlı aktyorlarından Kıvanç Tatlıtuğun nişanlandığı iddia edilib.

Buna səbəb aktyorun barmağındakı üzük olub.

Belə ki, Kıvanç Tatlıtuğ məşhurların saç ustası Adem Tərzinin toyunda iştirak edib. Nikahda şahid olan Kıvanç dəvətə sevgilisi Başak Dizerlə birlikdə gəlib.

Aktyor dəftərə imza atarkən onun barmağındakı üzük diqqət çəkib. Onun üzüyünün üzərində “B” hərfi olub. Başak isə eyni üzüyün “K” hərfı yazılmış variantını taxıb.

Bu üzüklər cütlüyün nişanlanması ilə bağlı dedi-qoduların yayılmasına səbəb olub. Kıvançla Başak bu barədəki sualları cavabsız qoyublar.

Qeyd edək ki, 1 il yarımdır ki, eşq yaşayan Kıvançla Başak cütlüyünün yaxınları onların bu il evlənəcəklərini düşünürlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm