Magazin1
Azərbaycanın məşhur qrupu məhkəməyə düşdü - FOTOLAR
“Qala” qrupu bu gündən sonra “Virtuoz” qrupu adı altında fəaliyyət göstərəcək. Qrupun adını dəyişdirməsinin səbəbi var.
Publika.az-ın məlumatına görə, qrup media mənsublarını başına yığıb, yeni adları ilə bağlı mətbuat konfransı keçirib.
Qrupun rəhbəri Aqşin Salahov indiyə qədər görünməmələrinin səbəblərini sadalayıb:
“Ceyhun Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən və “VİQA” prodakşının yaratdığı “Qala” qrupu ilə bizim problemimiz vardı. Onlar bizim bu ad altında fəaliyyət göstərməyimizi istəmirdi. Hətta bizim efirlərə belə çıxmağımıza əngəl törədirdilər. Axırda iş məhkəməyə qədər gedib çıxdı. Məhkəmənin qərarı ilə adımızı dəyişməli olduq. Amma əsas olan ifa tərzi və insanlar tərəfindən sevilməkdir”.
Qrup üzvü onu da bildirib ki, bu gündən sonra da öz dəst-xətlərinə sadiq qalacaqlar: “Biz əvvəlki illərdə olduğu kimi repertuarımızda öz tərzimizi qoruyub saxlayacağıq. Hər kəs bilir ki, biz ilk dəfə olaraq şou aləmə əməkdar artist Ədalət Şükürovun dəstəyi ilə qatılmışıq, onunla ifa etdiyimiz duetlə məşhurlaşmışıq. Bu gün də həmin nüfuzumuzu saxlayacağıq. Qarşıda bizi yeni işlər gözləyir. Dinləyicilərimizə yeni albomumuzu təqdim edəcəyik”.
Qrup üzvləri hazırda “Qala” adı altında fəaliyyət göstərən qrupun bostanına daş atmağı da unutmayıb: “Qala” qrupunun oxuduğu mahnılara baxanda çaşıb qalırsan. Bilmirsən oxuyan “Qala” qrupudur, yoxsa ki, “Şeron””.
Qeyd edək ki, qrup 5 nəfərdən ibarətdir. Qrupu dəstəkləmək üçün mətbuat konfransına sənətçilərdən reper Cin, Emil Bədəlov, prodüser Sultan, astroloq Firudin Qurbansoy da gəliblər.
İsa
Cəvahir
FOTO: Rəşad Abbasov
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi