Tabloid.az
Canlı gəlinciyə çevrilən insanlar - FOTOLAR
Son zamanlar xarici görünüşün tamamilə dəyişdirilməsi dəb halını alıb. Qızların gözəllik etalonu belə olub: arıq, qamətli və Barbi gəlinciyinə bənzərlik. Elə buna görə də, özünü Barbi gəlinciyinə bənzətməyə çalışan insanların sayı az deyil. Bu qızlar gəlinciyə oxşamaq üçün nələr etmir? Qabırğasını çıxarır, sinəsini böyüdür və gün ərzində az qala bir kiloqram kosmetikanı sifətinə sürtür.
Publika.az özünü diri insandan kuklaya çevirən 13 insanı təqdim edir.
Valeriya Lukyanova
Valeriyanın Barbi gəlinciyinə bənzəməsi onu dünya məşhuru edib. Kuklaya oxşamaq üçün o, linza və xüsusi makiyajdan istifadə edir. Qızın etirafına görə, sinə əməliyyatı keçirib. Lakin bundan başqa hər hansı bir əməliyyata əl atdığını inkar edib. O, həyatından bəhs edən video çarxlar çəkməklə dünyada məşhurluq qazanıb.
Venus Ancelik
Venus 2 il Yaponiyada yaşadığı üçün o, daha çox Yapon cizgi film qəhrəmanlarına bənzəyir. Ancelikin çox maraqlı səsi və aksenti var. Qız hətta, 5 dildə danışa bilir. Ancelik “YouTube” kanalında makiyaj haqqında maarifləndirici çarxlar yaymaqla məşhurdur. Ancelikin sözlərinə görə, onun kuklaya bənzərliyi taleyin hədiyyəsi deyil. Bunu hər kəs öz üzərində çalışmaqla əldə edə bilər.
Dakota Rouz
Amerikalı Dakota Yaponiyanın internet aləmində reytinq qırır. Çünki qızın yapon kuklasına bənzər xarici görünüşü var. Kotakoti təxəllüsü ilə çıxış edən qız sosial şəbəkədə fəal göstərir. Çoxları onu fotoşop proqramı ilə dəyişidiyini iddia etsə də, hələ də heç kim bu ehtimalı sübuta yetirə bilməyib.
Alina Kovalevskaya
Alina Odessa şəhərində yaşayır. O, bədən formasını Barbiyə bənzətməyə çalışmasa da, hər halda qız üz və saçlarına çox vaxt ayırır. Alina psixologiyada oxuyur və səyahət etməyi çox xoşlayır. Əvvəllər o, Valeriya Lukyanova ilə dostluq edərdi. Lakin sonradan onların yolları ayrıldı.
Anastasiya Şpagina
Anastasiyanı pərəstişkarları “Güllər Pərisi” adı ilə tanıyır. O, tez-tez təbiət qoynunda foto sessiya edir və ağac və heyvanların səsini eşitdiyini iddia edir. Qız hər gün makiyajına ən azı 2 saat vaxt sərf edir. Bədən formasının qamətli qalması üçün Anastasiya xüsusi pəhriz də saxlayır. O, bir sıra əməliyyatlar keçirməyi də planlaşdırır. Buraya gözlərin böyüdülməsi, burnun dəyişdirilməsi və belin incələşdirilməsi aiddir.
Olqa Oleynik
Bu qızın pərəstişkarları onu ayrı planetdən gəlmiş insan hesab edir. Onun əməliyyatdan çıxmış bədəni və makiyajlı siması pərəstişkarların deyimini təsdiqləyir. Qızın özü isə ezoterika (mistika), rəssamlıq və modelyer peşələri ilə məşğul olur.
Van Caqun
Van Çində yaşayır və oxuyur. Xoşagəlimli siması onu Çin internetinin ulduzuna çevirib.
Anjelika Kenova
Anjelika imkanlı ailədə uşaqlıqdan ərköyün böyüyüb. Onun sözlərinə görə, oyuncaq və onların geyimlərinə olan maraq, öz xarici görkəmində dəyişikliklər etməyə vadar edib. Anjelika dünyada rus Barbi kuklası kimi tanınır. O, hər zaman çəhrayı rəngə üstünlük verir.
Vanilla Çamu
Yaponiyalı model kuklaya bənzəmək üçün əməliyyatlara ümumilikdə 102 min dollar xərcləyib. Onun məqsədi irqi mənsubluğunu dəyişmək və çini kuklaya bənzəmək olub. Beləcə, qız tamamilə dəyişib. Vanillanın idealı fransız kuklalarıdır. Dəqiqliyi ilə fransız kuklaya bənzəyənə qədər qız dayanmayacağını açıqlayıb.
Alodia
Metis Alodia Filippində doğulub. Alodia kompyuter oyunu və animasiya filmlərinin qəhrəmanları kimi geyinməklə məşhurluq qazanıb. Qız özündə bir neçə istedadı birləşdirir: o, model, aktrisa, müğənni və aparıcıdır. Alodia heç zaman cərrahi əməliyyat etmədiyini deyir. Kuklaya bənzəmək üçün təkcə makiyaj və xüsusi geyimlərin onun köməyinə gəldiyini iddia edir.
Castin Cedlika
Dəyişkənliyə nəinki, qadınlar hətta, kişilər də can atır. Amerikalı Castin Cedlika Barbinin sevgilisi Kenə bənzəmək üçün nə az nə çox 150 min dollar pul xərcləyib. Castin kuklaya bənzəmək üçün 100-ə yaxın əməliyyat keçirib. Buraya sinəsinin böyüdülməsi də daxildir.
Kelso Santibanyes
20 yaşlı braziliyalı Kelso Santibanes model kimi işləyir və özünün kuklasını istehsal etməklə pul qazanır. Onu kukla kimi xarici görünüşə can atmasına ailəsi sövq edib. Ailəsinin sözlərinə görə, Kelso kukla Kenə çox bənzərdir. Bundan sonra, o, oğlan kuklaya bənzəmək üçün 50 min dollardan çox vəsait sərf edib.
Lolita Riçi
16 yaşlı Lolita Riçi heç bir əməliyyata əl atmadığını və pəhrizə oturmadığını iddia edir. Onun boyu 163, belinin ölçüsü isə 50 santimetrdir. Lakin daha çox onun iri sinəsi diqqəti cəlb edir. Kuklaya bənzəmək üçün qız linzadan istifadə edir.
Nura
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ