ŞOK: Məkkədə “sex-shop” açılacaq - FOTOLAR
Bizi izləyin

Tabloid.az

ŞOK: Məkkədə “sex-shop” açılacaq - FOTOLAR

Müsəlmanlar üçün müqəddəs məkan sayılan Səudiyyə Ərəbistanın Məkkə şəhərində ölkənin ilk “sex-shop”u açılacaq.

Publika.az xəbər verir ki, bu barədə “International Business Times” nəşri yazıb.

Mağazanın sahibi Mərakeşli işadamı Əbdüləziz Auradır. O, 2010-cu ildən Niderlandda fəaliyyətə başlayan onlayn “sex-shop”a rəhbərlik edir. Məlumata görə, “sex-shop”a “halal” fitvası almaq üçün ölkənin din adamları ilə danışıqlar davam edir. Lakin müsəlman bir ölkədə açılacaq “sex-shop” üçün də bəzi qaydalar var. Məsələn, burada islam tərəfindən qadağan edilən vibratorler satılmayacaq.

“Sex-shop”da prezervativlər, yağlar, həmçinin islam tərəfindən bəyənilən 18 oyuncaq növü satılacaq.

Əbdüləziz Aura hesab edir ki, bu cür mağazalar ər və arvadın arasında seksual münasibətlərin yaxşılaşmasına imkan yarada bilər. “Bizim məhsullarımız hissiyyatı artırır və seksual atmosferi yaxşılaşdırır”, - mağazanın sahibi qeyd edib.

Əlavə edək ki, islam dünyasında ilk “sex-shop” 2013-cü ildə türk biznesmeni Haluk Murad Demir tərəfindən açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm