Tələt Paşanın qatilinin oğlundan ŞOK ETİRAFLAR - FOTO
Bizi izləyin

Hadisə

Tələt Paşanın qatilinin oğlundan ŞOK ETİRAFLAR - FOTO

1917-1918-ci illərdə Osmanlının sədr-əzəmi olmuş Tələt Paşanı 15 mart 1921-ci ildə Berlində evindən çıxdığı zaman arxadan başına bir güllə vuraraq öldürən Soğomon Tahleryanın oğlu danışıb.

Publika.az xəbər verir ki, San-Fransiskoda Almaniyanın “Süddeutsche Zeitung” nəşrinə müsahibə verən Tahleryanın oğlu atasının qatil olduğunu və məhkəmədə yalan danışdığını bildirib.

“Erməni xalqının onu bu gün də qəhrəman olaraq görməsini anlamıram”, - o, deyib. Təhlükəsizlik səbəbi ilə adı açıqlanmayan 86 yaşındakı oğul Tahleryan Talat Paşanı öldürdüyünə görə həbs olunan atasının məhkəməyə düzgün ifadə vermədiyini bildirib. O, qeyd edib ki, məhkəmədə deyildiyi kimi atasının bacısı yox idi: “Atam məhkəmədə üç bacısının olduğunu söylədi. Atam heç zaman da məcburi köç etməyib. Atam müharibədən əvvəl bir çox erməni kimi pul qazanmaq məqsədilə Serbiyaya gedib. Atamın üç bacısı deyil, üç qardaşı var idi və onlardan yalnız biri Ərzincanda yaşayan anasının yanında qalmışdı”

“Onun məhkəmədə yalan danışdığını başa düşürəm. Erməni xalqının onu bu gün də qəhrəman olaraq görməsini başa düşmürəm. Bir qatil necə qəhrəman ola bilər?” - oğul Tahleryan bildirib.

Atasının 1921-ci ildən sonra ifrat milliyyətçi fikirlərdən imtina etdiyini dilə gətirən oğul Tahleryan qeyd edib ki, o, bu fikirləri çirkli bir corab kimi çıxararaq bir kənara atdı: “O, böyük Ermənistan əvəzinə Kaliforniyada bir ev xəyali qururdu. Bizimlə, ailəsi ilə maraqlandı. Onu məhz buna görə sevirdim”.

Oğul Tahleryan 23 may 1960-cı ildə San-Franciskoda ölən atasının sümüklərinin erməni hökuməti tərəfindən Ermənistana gətirilməsinə qarşı çıxdığını bildirib. O, atasının 1919-cu ildə İstanbulda da bir cinayət törətdiyini deyib: “O, Tələt Paşaya ermənilərin siyahısını təqdim edən bir ermənini öldürmüşdü. Atam sakit və susqun idi. Eyni zamanda sanki təlimatlar alar bir qatil idi. İstanbuldakı bu cinayəti mən ABŞ-da öyrəndim. Atam bu barədə heç danışmadı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm