Bir-birilərini həqiqətən sevən cütlük tapıldı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bir-birilərini həqiqətən sevən cütlük tapıldı - FOTOLAR

Sevgi yaşa və sağlamlığa baxmır. Nümunə kimi çinli cütlüyü göstərə bilərik. Onlar 55 il bundan qabaq ailə həyatı qursa da, sevgiləri bir dəqiqə belə azalmır. Əksinə...

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki yaşlı insan xəstədir. 76 yaşlı sadiq arvad Vey Quiyi görmə qabiliyyətini itirmiş 80 yaşlı əri Huanq Funenqə bələdçilik edir.

Qadının osteoporoz xəstəliyi ucbatından beli əyilib. Bununla belə, qozbel təqaüdçü qarı kor ərini arxasınca gəzdirməkdən narazılıq etmir. Qarı ərinin görən gözü rolunu oynayaraq Huanq Funenqi çubuqların köməkliyi ilə arxasınca aparır. Onların fotosu internetdə yayılandan sonra sosial şəbəkə istifadəçiləri fotoya “həqiqi sevgi” adı veriblər.

Onlar 55 il əvvəl 20 yaşında ailə həyatı qursalar da, övladları olmayıb. Toy günü isə cütlük ölənə qədər bir-birinin qayğısına qalacaqlarına and içiblər.

Onlar küçəyə çıxdıqda belə, Quiyi gördüyü hər bir şeyi ərinə nəql edir. O, Huanqın kor olduğunu hiss etməməsi üçün əlindən gələni edir. Vəfalı qadın deyib: “Biz çox xoşbəxtik və həyatdan məmnunuq. Hər zaman bir yerdə olacağıq. Mən onun gözləri, o isə mənim hər şeyimdir”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm