Zəlzələlərin artmasının səbəbi tapıldı
Bizi izləyin

Dünya

Zəlzələlərin artmasının səbəbi tapıldı

ABŞ Geologiya Xidməti neft və təbii qaz hasilatının seysmik fəallığa təsiri ilə bağlı hesabat hazırlayıb.

Publika.az “Science News” nəşrinə istinadən xəbər verir ki, son illərdə ABŞ-ın mərkəzi ştatlarında zəif zəlzələlərin sayının kəskin çoxalması bu hadisəyə diqqəti artırıb.

Əldə olunan nəticələrə görə, seysmik fəallığın güclənməsi neft və qaz hasilatının yeni metodların tətbiqinin başlanması ilə üst-üstə düşür. Geofiziklər bildirirlər ki, neft-qaz sənayesi ən güclü zəlzələlərin baş verməsinə gətirib çıxara bilər. “Yeddi ballıq zəlzələlərin baş verməsi üçün kifayət qədər böyük sınma nöqtələri var”, - hesabatın həmmüəllifi Jastin Rubinştayn qeyd edib.

Hesabatda qeyd edilir ki, frekinq üsulu ilə hasilat xüsusilə təhlükə yaradır.

Qeyd edək ki, frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur. Bu metod ekologiyaya, xüsusən içməli suyun çirklənməsinə də səbəb ola bilər. Bu metod müxtəlif təbii kataklizmlərə səbəb olur. Frekinq metodunun tətbiqi 2013-cü ildə ABŞ-ın Ohaya ştatında çoxsaylı zəlzələlərə gətirib çıxarıb.

2015-ci ildə frekinq Şotlandiyada qadağan olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm