Bilgi.az
Müştəriləri ilə 30 min selfi çəkdirdi - FOTOLAR
Çində yaşayan taksi sürücüsü sərnişinlərlə 30 mindən çox "selfie" çəkdirdiyi üçün rekord vurub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Tenq dayı" kimi tanınan Tenq Jiaji özünəməxsus zəhmət haqqı almaq fikrinə 10 il bundan qabaq düşüb. O deyib: "Həmin günü hava -30 dərəcə idi. Bir cüt turist 1 saat olardı ki, taksi gözləyirdi. Onlar məni taksimə minəndə minnətdarlıq edib çaypulu vermək istədilər. Lakin mən əlavə pul götürə bilməzdim. Bunun əvəzində isə taksidən düşməzdən əvvəl mənimlə şəkil çəkdirmək istədilər. Həyatımda ilk dəfə idi ki, sərnişinlə "selfie" çəkdirdim".
O vaxtdan etibarən "Tenq dayı" maşınına kamera quraşdırıb. O, hər müştəri ilə yadigar şəkil çəkdirməyə başlayıb. Gün ərzində ən azı 80 sərnişin onun maşınına əyləşir və onlardan 20 nəfəri onunla şəkil çəkdirməyə razılıq verir.
Sonra isə 58 yaşlı taksi sürücüsü fotoları Çinin sosial mediasında yerləşdirir. O, demək olar ki, əyalətin ən məşhur və tanınmış insanına çevrilib.
Tenq başına gələn maraqlı hadisələrdən də danışıb:: "Bir neçə il bundan qabaq taksiyə gənc bir qadın əyləşdi. O, mənimlə şəkil çəkdirmək istəmirdi. Beləcə, mən onunla danışmağa başladım. Məlum oldu ki, qadın anası ilə dalaşıb. Mən isə ona anaların övladlarına görə narahatçılıq hissini keçirməsi barəsində bəhs edən xalq mahnısını oxumağa başladım. Qadın kövrəldi və nəğmə bitdikdən sonra dərhal anasına zəng edərək üzr istədi. Kefi açılan qadın taksidən düşməzdən əvvəl mənimlə "selfie" çəkdirdi və nəğməyə görə minnətdarlıq etdi".
Nura
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...