Bakıda məşhur otelindəki yanğın söndürüldü - VİDEO/FOTO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bakıda məşhur otelindəki yanğın söndürüldü - VİDEO/FOTO (YENİLƏNİB)

FHN-dən Publika.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisindəki otelin anbarında baş verən yanğın söndürülüb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırılır.

***

Bu gün səhər saat 07:30 - 08:00 radələrində Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Trump tower” otelində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub: “Alov çox olmasa da, böyük tüstü var. Yanğınsöndürənlər hazırda yanğının qarşısını almağa çalışırlar. Hələlik yanğının başvermə səbəbləri barədə məlumat yoxdur”.

Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala görə, hadisə otelin anbar hissəsində başlayıb.

Anar Tağıyev




Oxumağa davam et
Reklam
Reklam

Gündəm