Bakı 2015
Yevda Abramov Avropa Oyunlarının əhəmiyyətindən danışdı
“Bu gün ilk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparanlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, güclənməsindən və regionda aparıcı dövlət olmasından qısqanclıq keçirən qüvvələrdir”.
Bu barədə Trend-ə Milli Məclisin deputatı Yevda Abramov deyib.
Y.Abramov bildirib ki, Azərbaycanda həmişə belə böyük beynəlxalq tədbirlər keçiriləndə, bu qara qüvvələr öz çirkin əməllərinə başlayırlar:
“Onların məqsədi Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaqdır. İlk Avropa Oyunlarına qarşı aparılan kampaniya da növbəti bu xarakterli addımlardan biridir. Ancaq onlar özlərini nahaq yerə yorurlar. “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində də belə bir qara təbliğat aparılmışdı, amma Azərbaycan bunların bu “fəaliyyət”ini heçə uğratdı və sübut etdi ki, qonaq qəbul etməyə, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməyə qadirdir və layiqdir”.
Y.Abramov Azərbaycanda olan anti-milli qüvvələrin də bu kampaniyaya dəstək verməsindən təəssüfləndiyini bildirib: “Ölkəmizin dünyada nüfuzunu xeyli artıracaq bu Oyunların keçirilməsinə hər bir Azərbaycan vətəndaşı sevinir, amma əfsuslar olsun ki, aramızda öz şəxsi maraqlarını hər şeydən üstün tutuan insanlar da var”.
İlk Avropa Oyunlarının Azərbaycana gətirəcəyi faydalardan danışan Y.Abramov bildirib ki, ilk növbədə bu, Azərbaycanı dünyaya daha yaxşı tanıtdırmaq üçün ən gözəl vasitələrdən biridir: “Bu Oyunlar keçirilən zaman bütün dünyanın diqqəti Azərbaycana yönələcək, hamı Azərbaycanın necə təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək ki, bu da ölkəmizə inamı artıracaq, ölkəmizin dünyada nüfuzunu daha da gücləndirəcək, ölkəmizə turist axınını, investisiya qoyuluşunu artıracaq”.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...