Azərbaycanlı qız Türkiyədə efirdə yıxıldı - FOTOLAR/VİDEO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı qız Türkiyədə efirdə yıxıldı - FOTOLAR/VİDEO

Türkiyənin ən məşhur yarışmalarından biri olan "İşte benim stilim"in azərbaycanlı iştirakçısı səhnədə yıxıldı.

Sima Şərafətdinova Tv8-də yayımlanan müsabiqənin ötən günkü buraxılışında yenidən qalmaqalın mərkəzində olub.

İştirakçıların şəxsi həyatlarına müdaxilə etməkdə ittiham edilən Sima münsiflərin də qəzəbinə tuş gəlib. Tənqidləri eşidən gənc qız göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, müsabiqədə müsif kürsüsündə 3 tanınmış şəxs oturur. Bunlar stilist Kamal Doğulu, model İvana Sərt və modelyer Nur Yerlitaşdır.

Yarışma üzvləri ilə mübahisələrinə, qalmaqallı çıxışlarına görə müntəzəm olaraq sərt tənqidə məruz qalan Sima seçimdən öncə səhnəyə qırmızı geyimlə çıxıb. Adətən, onu yaşından böyük göstərən geyimlərə, makiyaja üstünlük verməsi ilə tanınan Sima bu dəfə müsiflərdən ulduz ala bilib.

O, həftənin ən çox ulduzlu iştirakçısı sonda təqdim edilən 3 tacdan birinə sahib olub. Bununla da həftəlik seçim zamanı toxunulmazlığını təmin edib.

Seçim səhnəsində isə Sima Şərafətdinova rəngarəng tüllərdən olan uzun geyimlə səhnəyə çıxıb. Lakin bu dəfə o, hamını qorxudub. Buna səbəb isə ayağının burxularaq bir anda yerə yıxılması olub.

Onun köməyinə aparıcı Öykü Serter, Kamal Doğulu və digər yarışmaçılar gəlib.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm