“Ən vacib tapşırıq Messini zərərsizləşdirməkdir”
Bizi izləyin

İdman

“Ən vacib tapşırıq Messini zərərsizləşdirməkdir”

"Bavariya"nın baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinalında baş tutacaq "Barselona" ilə oyun barədə danışıb.

Publika.az xəbər verir ki, Qvardiola bu qarşılaşmada ən vacib tapşırığın Lionel Messini zərərsizləşdirmək olduğunu bildirib:

"Onun oyunundan həzz alırdım. Amma indi zərər çəkə bilərəm. Biz müdafiə planında ən yaxşı variantı seçməliyik ki, onu neytrallaşdıra bilək.

Mən "Bavariya"nın baş məşqçisi olduğuma görə, əvvəllər "Barelona"da işləməyimə minnətdar olmalıyam. Və mən Münhendə xoşbəxtəm".

"Barselona" ilə "Bavariya" arasında ilk qarşılaşma mayın 5-də İspaniyada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm