Fəzail Ağamalı Avropa Yay Oyunları ilə bağlı qrup yaratdı – FOTO
Bizi izləyin

Bakı 2015

Fəzail Ağamalı Avropa Yay Oyunları ilə bağlı qrup yaratdı – FOTO

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Bakı-2015 Avropa Yay Oyunlarına dəstək üçün sosial şəbəkələrdə yaradılan dostluq qrupunun təşəbbüskarları ilə görüşüb.

Publika.az-ın məlumatına görə, AVP-nın qərargahında keçirilən görüşdə sözügedən dostluq qrupunun təşəbbüskarları iştirak ediblər.

Görüşdə bildirilib ki, qrupun yaradılmasında əsas məqsəd Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və idmansevərləri yay Avropa oyunlarına dəstək üçün bir araya gətirmək, sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm idman yarışına töhfə vermək, ona mane olmağa çalışanlara qarşı öz iradəmizi ortaya qoymaqdır.

Xatırladaq ki, millət vəkili Fəzail Ağamalının ideyası ilə bu ilin iyununda keçiriləcək Avropa Yay Oyunlarına dəstək məqsədilə sosial şəbəkələrdə dostluq qrupu yaradılıb. Həmin dostluq qrupunun təşəbbüskarları Fəzail Ağamalı, Nicat Müslümov, Könül Quliyeva, Fuad Ağayev, Aydan Mustafayeva, Sərbaz Qafarov, Vüsalə Xamoyeva, Pərviz İmanov, Günay Kərimli və Mikayıl İbrahimovdur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm