Polis kapitanının qızı özünü güllələdi
Bizi izləyin

Hadisə

Polis kapitanının qızı özünü güllələdi

Aprelin 24-də Yevlax rayon sakini, 1996-ci il təvəllüdlü Nuray Əzimova yaşadığı mənzildə ov tüfəngi ilə qarın nahiyəsinə atəş açaraq özünü vurub.

Yevlax rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, nəticədə 19 yaşlı qız aldığı xəsarətdən hadisə yerindəcə keçinib. N. Əzimovanın özünə qəsd etməsinin səbəbləri hələlik istintaqa məlum deyil.

Qeyd edək ki, N. Əzimova Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Kərim Əzimovun qızıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm