Millimizin oyunçusu Kayseridə qalmaq istəyir
Bizi izləyin

İdman

Millimizin oyunçusu Kayseridə qalmaq istəyir

Futbol üzrə millimizin və Türkiyənin “Kayserispor” klubunun qapıçısı Kamran Ağayev komanda yoldaşı Alper Uludağla birgə Kadır Has Anadolu litseyini ziyarət edib.

Publika.az xəbər verir ki, onlar burada tələbələrlə görüş keçirib və maraqlı açıqlamalar veriblər:

Ağayev tələbələrin suallarını cavablandırıb. O,“Kayserispor”da qalıb-qalmayacağına dair suala da cavab verib:

“Türkiyə mənim ikinci vətənimdir. Kayseridə özümü çox xoşbəxt hiss edirəm. Azərbaycan dilində desəm, bura çox yaxşıdır. Anlaşa bilsək, niyə də qalmayım”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm