ŞOK: Əkizlərini qarnında deyil, beynində daşıyan ana - FOTO
Bizi izləyin

Bilgi.az

ŞOK: Əkizlərini qarnında deyil, beynində daşıyan ana - FOTO

Beynində şiş olduğu üçün 26 yaşlı qızın beynində cərrahiyyə əməliyyatı həyata keçirən həkimlər şoka düşüblər.

Publika.az xəbər verir ki, Yamini Karanamın beynində əkiz daşıdığı ortaya çıxıb.

Məlumata görə, oxuma və ünsiyyət qurmaqda problem yaşayan qızın beynində yumru formasında bir şiş müəyyən edilib. Şişin götürülməsinə qərar verən cərrahlar əməliyyatdan sonra başqa bir mənzərə ilə qarşılaşıblar.

Cərrahlar qızın beynində sümük, saç və dişləri olan embrionik əkiz, yəni teratom tapıblar. Yaminini əməliyyat edən həkimlər etdikləri 7000 beyin şişi əməliyyatında yalnız 2 ədəd teratoma rast gəldiklərini və bunun çox nadir olduğunu dilə gətiriblər.

Onların sözlərinə görə, teratomlarda adətən saç, diş və sümük tapılması ilə yanaşı, nadir hallarda göz, əl, ayaq və digər bədən üzvlərinə də rast gəlinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm