Prezident İlham Əliyev Nepal prezidentinə başsağlığı verib
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyev Nepal prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Ram Baran Yadava başsağlığı məktubu göndərib:

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram"


Oxumağa davam et
Reklam
Reklam

Gündəm