Everestdə qar uçqunu: 18 xarici turist öldü
Bizi izləyin

Dünya

Everestdə qar uçqunu: 18 xarici turist öldü

Everestin cənub yamacında Nepaldakı zəlzələnin təsirindən yaranan qar uçqununun alpinist düşərgəsindən keçməsi nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb.

Bu barədə Nepalın Turizm Nazirliyinin nümayəndəsi Qyanendra Şrestxa bildirib. Həlak olanların hamısının xarici turistlər olduğu bildirilir. Hazırda 13 cəsəd aşkarlanıb və onların şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd edək ki, aprelin 25-də səhər saatlarında Nepalda Rixter cədvəli üzrə 7,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin afterşokları Hindistan, Banqladeş və Tibetdə də hiss olunub. Təbii fəlakət azı 876 nəfərin həyatına son qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm