“Baku Fires” “Argentina Condors”ı məğlub edib
Bizi izləyin

İdman

“Baku Fires” “Argentina Condors”ı məğlub edib

Aprelin 25-də Quba Olimpiya İdman Kompleksində “Baku Fires” komandası ilə “Argentina Condors” klubu arasında keçirilən qarşılaşmada boksçularımız 5:0 hesabı ilə inamlı qələbə qazanıblar.

Dünya Boks Seriyası (WSB) liqasının 14-cü turu çərçivəsində keçirilən görüşün ilk döyüşündə Murad Rabadanov (52 kq, “Baku Fires”) Rikardo İbarranı (“Argentina Condors”) məğlub edib. Növbəti qarşılaşmada Nəsrəddin Məmmədov (60 kq) Brayan Nunyezdən üstün olub. Təmsilçimiz Mixail Dauqalivets (81 kq) isə Xuan Rizo Patrona nokautla qalib gəlib. Sonuncu döyüşdə Hacı Murtuzəliyev (91 kq-dan yuxarı) Fakundo Qiqlionu məğlubiyyətə uğradıb.

Digər idmançımız Pərviz Bağırovla (69 kq) döyüşməli olan Luis Alberto Veron ölkəmizə gələ bilmədiyindən boksçumuza texniki qələbə verilib.

Beləliklə, qrup mərhələsindəki son görüşdə rəqibinə böyük hesabla qalib gələn “Baku Fires” növbəti raunda yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm