Nida.az
AB-də ermənilər qarşısında Azərbaycanla bağlı şərt qoyuldu
"Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan
torpaqlarından çıxmalıdır. Yalnız bundan sonra Türkiyə ilə
Ermənistan arasında münasibətlərin yaxşılaşmasından söhbət gedə
bilər".
ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin Avropa Birliyi
(AB) üzrə naziri Volkan Bozkır deyib.
Türkiyəli diplomat 2009-cu ildə Türkiyə və Ermənistan arasında
imzalanan protokoldan danışarkən iki ölkə arasında yaxınlaşma
prosesinin şərtlərinə aydınlıq gətirib.
O bildirib ki, Ermənistanla yaxınlaşma bu ölkənin 1915-ci
hadisələrini beynəlxalq aləmdə "soyqırım" adlandırmaqdan
çəkinməsindən və Dağlıq Qarabağdan qoşunları çıxarmasından sonra
mümkündür. Yalnız bundan sonra iki ölkə arasında münasibətlərin
normallaşmasından söhbət gedə bilər.
O digər bir şərt kimi Dağlıq Qarabağ və ətraf ərazilərin
Azərbaycana qaytarılmalı olduğunu da vurğulayıb.
Volkan Bozkır 1915-ci il hadisələrindən daınışarkən Türkiyə
tərəfinin arxivləri açmağa hazır olduğunu bir daha bəyan edib. O
bildirib ki, Ermənistan tərəfi hər dəfə buna razı olmayaraq
problemlər yaradır.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: 2 ulduz futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib