Qırmızı.az
IV Dünya Türk Forumu başa çatıb
İstanbulda Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin
(TASAM) təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100-cü ildönümünə
həsr edilən IV Dünya Türk Forumu aprelin 25-də başa
çatıb.
Forumda 60-a yaxın ölkədən 450-dək nümayəndə iştirak edib. İki gün
davam edən tədbirdə Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsi
sədrinin birinci müavini Valeh Hacıyevin rəhbərlik etdiyi nümayəndə
heyəti təmsil edib.
Forum çərçivəsində keçirilən müxtəlif panel toplantılarda
Azərbaycan tərəfdən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin
birinci müavini Valeh Hacıyev, Milli Məclisin deputatları Məlahət
İbrahimqızı, Musa Qasımlı, Qənirə Paşayeva və başqalarının
çıxışları olub. Nümayəndə heyətimizin üzvlərinin gündəlikdə duran
məsələlərlə bərabər türk dünyasının birliyi, ortaq dəyərlərimizin
qorunması, mədəniyyətimizin inkişafı barədə fikir və təklifləri
maraqla qarşılanıb. İştirakçılara Çanaqqla zəfərinin qazanılmasında
Azərbaycanın qəhrəman övladlarının şücaəti, Xocalı soyqırımını
dəhşətləri, 1918-ci ildə erməni silahlıları tərəfindən xalqımıza
qarşı törədilən soyqırımı, o cümlədən uydurma “erməni soyqırımı”
mövzusunun səbəb və məqsədləri ilə bağlı ətraflı məlumatlar
verilib.
Ümumilikdə Forumda yeni regional və qlobal idarəetmə, xalq
diplomatiyası, media, informasiya, türk dünyası və diasporları üçün
yeni perspektivlər, “erməni məsələsi” və digər mövzular ətrafında
səmərəli fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində türk dünyası qarşısında müxtəlif sahələr üzrə
səmərəli fəaliyyətlərinə görə, bir qrup şəxsə TASİM-in “Qızıl alma”
mükafatı təqdim olundu.
Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri
doktoru Ramiz Əsgər və Azərbaycanın əməkdar artisti Azərin də
təltif edilənlər arasında olublar.
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi