Volqoqradda kütləvi dava: 10 yaralı - VİDEO
Bizi izləyin

Dünya

Volqoqradda kütləvi dava: 10 yaralı - VİDEO

Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərindəki “Kaspiy” kafesində kütləvi dava düşüb.

Publika.az-ın məlumatına görə, təxminən 20 nəfərin iştirak etdiyi davada əl qumbarasının partlaması nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Partlayışı törədən 41 yaşlı naməlum kişi barəsində şübhəli şəxs qismində axtarış elan olunub.

Hadisə yaxınlıqdakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Videodan da görünür ki, kafenin qarşısında baş verən davada odlu silahdan da istifadə olunur. Qəfildən isə partlayış baş verir. Bir neçə nəfər yerə yıxılır. Dava edən şəxslərin hərəsi bir tərəfə qaçır. Bir neçə dəqiqə sonra isə onlar yenidən qayıdaraq yaralı vəziyyətdə yerə yıxılan bir nəfəri döyməyə başlayırlar.

İnsidentdən sonra 10 nəfər xəstəxanaya müraciət edib. Onlardan beşi ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digərləri isə xəstəxanaya yerləşdirilib.

Onlardan biri, boynundan qəlpə zədələri ilə ağır yaralanan Yevgeniy Pankov artıq əməliyyat olunub. Hazırda o reanimasiya şöbəsindədir. Eləcə də 33 yaşlı Maksim Paramokşin və 22 yaşlı Anton Artyomov baş və boyun nahiyəsində çoxlu qəlpə yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 30 yaşlı İvan Prokofyevdə də beyin silkələnməsi və kürək yarası qeydə alınaraq xəstəxanada saxlanılıb. Xəstəxanada qalan yaralılardam biri isə erməni əsilli Karen Ovsayandır

Davanın baş vermə səbəbi müəyyənləşdirilir. Hadisə ilə əlaqədar Rusiya cinayət məcəlləsinin 222-ci: “Qanunsuz silah və sursatın, əldə olunması, ötürülməsi, satma, saxlama və daşınması” və 213-cü bəndin 2-ci hissəsi “mütəşəkkil qrup tərəfindən əvvəlcədən danışılmış xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm