Uzaq keçmişdən qayıdan klyoş şalvar dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Uzaq keçmişdən qayıdan klyoş şalvar dəbi - FOTOLAR

Qadın qarderobu daim yeni və aktual fasonlarla zənginləşir. Bəzi fasonlar isə uzaq keçmişdən qayıdır. Məsələn, ötən əsrin 70-cı illərinin ortalarında istifadə edilən klyoş şalvar bu mövsüm çox məşhurdur. Publika.az modapərəst qızlar üçün klyoş kimi tanınan enlibalaq şalvarlar haqqında bir neçə vacib məqamı təqdim edir:

Dar şalvarlar və cinslər artıq neçə ildir ki, qadın qarderobunu işğal etmişdi. Bu mövsüm isə klyoş şalvarlar hegomonluq iddiasına düşüb. 70-ci illərin klyoş şalvarları hələ uzun müddət dəb gündəmini zəbt edəcəyi proqnozlaşdırılır.

Əyninizə yaxşı oturan şalvarı tapın. Çox kök, yaxud arıq xanımlar da bu modelləri rahatlıqla daşıya bilərlər. Lakin hər iki halda dar və əyinə yapışan model olmamalıdır. Orta genişlikdə şalvarlar daha idealdır. Digər məsələ isə şalvarın uzunluğudur. Balaqlar əsla qısa olmamalı, hətta oturduğunuz zaman belə ayaqlar görünməyəcək uzunluqda olmalıdır. Əlbəttə ki, küçələri də süpürən uzunluq nəzərdə tutulmur. Sadəcə, şalvarın modelinin yaxşı görünmısi üçün ayaqqabının dabanı və uzunluğu nəzərə alınmalıdır.

Hündür belli olduğu üçün qısa köynəklərlə çox yaraşır. Mövsümün iki trendini birlikdə istifadə etməkdən çəkinməyin.

Klyoş şalvarlar bohem üslubunu elementləri ilə çox yaxşı uzlaşır. Özünü hippilər kimi azad və sərbətst hiss edən xanımlar enlibalaq modeli saçaqlı üst geyimləri, həmçinin kimonolarla uzlaşdırsa, uduzmayacağı dəqiqdir.

Klyoş şalvarlar bol kəsimli model olduğu üçün üst geyim kimi dar və bədənə yapışan köynəklər geyinmək daha uğurlu seçim olar, həm də bədən quruluşunun tarazlığını pozmaz. Məsələn, əyninizə yaxşı oturan qısa pencəklər ola bilər. Köynəyi isə mütləq şalvarın içinə salmalısınız. Üstdə qalanda çox səliqəsiz görünür. Təbii ki, incə kəmər taxmağı unutmamalısınız.

Ayaqqabı seçimində işiniz asandır. Ayaqqabı modelinə gəldikdə zərif yox, daha çox kobud modellərə üstünlük verin. Enli balaqlı şalvarlar qalın dabanlı, ya da tanketka ayaqqabılarla çox yaxşı yaraşır. Sadəcə ayaqqabının görünməməsinə diqqət edin. Bu zaman boyunuz olduğundan daha uzun görünər. Əgər boyunuz uzundursa, yastıdaban ayaqqabılarla da geyinə bilərsiniz. Ancaq balaqların yeri silib-süpürmədiyindən tam əmin olmalısınız.

Yay aylarında isə şifon parçalardan tikilən klyoş, boş şalvarlar dəbdə olacaq. Bu modelləri retro stilindən ilham alaraq uyğunlşadırın. Volanlı papaqlar, tanketka ayaqqabılar bu eleqant şalvarlara çox yaraşır. Qısa, dəri gödəkçələr də onlarla çox yaraşır. Bu şalvar modellərini gipürdən hazırlanan köynəklərlə birləşdirmək şansınız var. Zərif bir köynək, “V” yaxalıqlı bluz, ya da incə asqılı köynək ola bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm