Tovuzda müəmmalı qətl – Cəsəd maşının “baqaj”ından tapıldı - FOTO
Bizi izləyin

Hadisə

Tovuzda müəmmalı qətl – Cəsəd maşının “baqaj”ından tapıldı - FOTO

Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib.

Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 43 yaşlı fermerin cəsədi özünə məxsus avtomobilin yük yerində kənd qəbiristanlığının yanında tapılıb. Dərhal hadisə yerinə Tovuz Rayon Polis şöbəsinin əməkdaşları çağırılıb. Meyit tapıldığı yerdən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Tovuz rayon Şöbəsinə gətirilib.

Qətlin kim, yaxud kimlər tərəfindən və hansı səbəblərdən törədildiyi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm