İkinci Vüqar Həşimov Memorialının qalibi Maqnus Karlsen oldu
Bizi izləyin

İdman

İkinci Vüqar Həşimov Memorialının qalibi Maqnus Karlsen oldu

Şahmat üzrə indiki dünya çempionu norveçli Maqnus Karlsen Şəmkirdə keçirilən ikinci Vüqar Həşimov Memorialının qalibidir.

AZƏRTAC xəbər verir ki, yekun turda Maqnus Karlsen ağ fiqurlarla Azərbaycan qrossmeysteri Rauf Məmmədovu məğlubiyyətə uğradıb. Oyun norveçli şahmatçının 35-ci gedişindən sonra başa çatıb.

İki dəfə Vüqar Həşimov Memorialının qalibi olmuş qrossmeyster 9 mümkün xaldan 7 xal toplayıb. Günün digər oyununda italyan Fabiano Karuana və Hindistan şahmatçısı Vişvanatan Anand heç-heçə oynayıblar. Beləliklə V.Anand 6 xal ilə ikinci yeri tutub.

Üçüncü yeri Fabiano Karuana, yaxud hazırda fransız Maksim Vaşye-Laqravla görüşü davam edən amerikalı şahmatçı Uesli So tuta bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm