Dünya
Dünyanın ən etibarlı pasportları - SİYAHI
“Passport İndex” internet saytı dünyada ən güclü və
etibarlı pasportlara malik ölkələrin siyahısını dərc edib. Tərtib
edilən siyahıda ilk növbədə ölkənin diplomatik çəkisi nəzərə
alınıb.
Reytinqə Amerika Birləşmiş Ştatları və Böyük Britaniya başçılıq
edirlər. Bu ölkələrin vətəndaşları pasportları sayəsində 147
ölkəyə, sonrakı yerdə gələn Fransa, Almaniya və Cənubi Koreya
sakinləri 145 ölkəyə vizasız səfər edə bilərlər. İtaliya və İsveç
vətəndaşlarının 144, Danimarka, Finlandiya, Hollandiya, Lüksemburq,
Yaponiya, Sinqapur sakinlərinin 143, İsveçrə vətəndaşlarının isə
142 ölkəyə vizasız daxil olmaq imkanı var.
Siyahıda altmışıncı yerdə gələn Cənubi Sudan, Birma, Solomon sahili
(Sakit Okean) və Fələstin sakinləri yalnız 28 ölkəyə sərbəst getmək
hüququna malikdirlər.
Bir vaxtlar keçmiş Yuqoslaviya pasportu dünyanın ən güclü pasportu
sayılırdı. Bu ölkənin pasportu ilə həm Qərb, həm də kommunist
rejimli dövlətlərə getmək mümkün olurdu. Buna görə də Yuqoslaviya
pasportu ən bahalı pasport hesab edilərək qara bazarda 5-6 min
dollara satılardı.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?