Yorğunluğu aradan qaldıran təbii dərman
Bizi izləyin

Sağlamlıq

Yorğunluğu aradan qaldıran təbii dərman

Türkiyəli həkim Ömər Coşqun özünü daim yorğun hiss edən insanlara xurma yeməyi tövsiyə edib.

Doktor Ömər Coşqun xurmanın sağlamlıq baxımından müəyyən fasilələrlə istehlak edilməsi lazım olduğunu bildirib:

"Xurmanı yalnız Ramazan ayında yeyənlər var. Halbuki xurma tək Ramazan ayında deyil, hər zaman yeyilməlidir.

Xurmanın tərkibi beynimizin ehtiyacı olduğu fosforla zəngindir. Özünüzü yorğun hiss etdiyiniz zaman xüsusilə, beyin yorğunluğu yarananda xurma onu aradan qaldırmaqda çox effektlidir. Xurma əsəb sistemi üçün olduqca təsirli meyvədir. Xurmanın tərkibindəki B1-B2 vitaminləri sinir sisteminə sakitləşdirici təsir göstərir”,- deyib.

Xurma öskürəyə, bəlğəmə və döş ağrılarına da çox yaxşı təsir edir. Həddindən artıq yağlı yeməklər sərf edilməsindən dolayı ishal və qusma halları yarana bilər. Bədən isti havalarda su, duz, kalium və natrium itirir. Bu faktorlar da xurmada bol miqdarda olur. Hazırda xərçəngdən ölənlərin sayı artıb. Davamlı olaraq xurma yemək xərçəng riskinin də qarşısını alır. Çünki xurma həm də maqneziumla zəngindir. Xurmadan prostat xərçənginin müalicəsində də istifadə edilir.

Həkim Ömər Coşqun xurmanın bilinməyən bir faydasını da açıqlayıb.

Onun sözlərinə görə, xurmanın qadın gözəlliyində də böyük rolu var. Belə ki, xurma saç tökülməsinin qarşısını alır. Bunun üçün xurma çəyirdəyi əvvəlcə yandırılır. Daha sonra xurma çəyirdəyinin külü gözə çəkilir. Xurma çəyirdəyi həm kirpikləri uzadır, həm də diblərini möhkəmləndirir. Bundan başqa, xurma yemək görmə qabiliyyətini yaxşılaşdırır və parıldadır, gecə korluğunu da aradan qaldırır”,- söyləyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm