“Çanaqqala” klipi təqdim olundu - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin1

“Çanaqqala” klipi təqdim olundu - FOTOLAR/VİDEO

Bəstəkar Sevinc Tofiqqızının Çanaqqala zəfərinin 100 illiyinə həsr etdiyi əsərin ekran versiyasının təqdimatı olub.

Publika.az-a açıqlama verən bəstəkar təəssüratını bölüşüb: “Türkün qələbəsinə musiqi həsr etmək mənim borcumdur. Çanaqqala döyüşündə həlak olan şəhidlərminiz əbədi olaraq türk xalqının yaddaşında yaşayacaq. Mənim bu musiqimə Türkiyənin Azərbaycandakı səfirliyi də biganə qalmadı. Səfirliyin Kültür və Tanıtma müşavirinin təşəbbüsü ilə kompozisiyama klip çəkildi. Bu işdə mənə dəstək olan müşavir Seyit Ahmet Arslana öz təşəkkürlərimi bildirirəm. Klipin ilk təqdimatı Türkiyənin Azərbaycandakı səfirliyində keçirildi”.

Qeyd edək ki, həmin tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Yazıçılar birliyinin sədri, xalq yazıçısı Anar, Gəncliyə Yardım Fodunun vitse-prezidenti Salman Əliyev və digər şəxslər iştirak ediblər.

Bəstəkarı səfirliyin mədəniyyət və tanıtma müşaviri Seyit Ahmet Arslan “Çanaqqala” kompozisiyasına görə diplomla təltif edib.

Məlumat üçün bildirək ki, klipin rejissoru İntiqam Dadaşov, aranjemançısı isə Osman Həmidovdur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm