Mənsum İbrahimov Braziliyada konsert verdi - FOTOLAR
Bizi izləyin

Magazin1

Mənsum İbrahimov Braziliyada konsert verdi - FOTOLAR

Rio-de-Janeyroda keçirilən Azərbaycan Mədəniyyət Həftəsi başa çatıb.

Mədəniyyət və Turizm nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva Publika.az-a bildirib ki, Mədəniyyət həftəsi çərçivəsində “Nabat” filminin nümayişi olub.

Daha sonra Rio-de-Janeyro Bələdiyyə Teatrında xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestri və “Trio Qarabağ” muğam qrupunun rəhbərliyi ilə xalq artisti Mənsum İbrahimov, gənc muğam ifaçısı Arzu Əliyeva, tarzən Elnur Haşımov, kamança ifaçısı Elçin Əhmədov konserti proqramı ilə çıxış edib.

Proqramın sonunda Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasından fraqment səsləndirilib. “Trio Qarabağ” muğam qrupunun və Braziliya Simfonik Orkestrinin möhtəşəm ifası tamaşaçıların böyük marağına səbəb olub.

Aprel ayının 26-da “Cidade des Artes” in böyük zalında yenidən Braziliya və “Trio Qarabağ” muğam qrupunun xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə növbəti konserti keçirilib.

Qeyd edək ki, Rio de Janeyroda keçirilən Azərbaycan Mədəniyyət Həftəsi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, ölkəmizin Braziliyadakı Səfirliyinin dəstəyi ilə baş tutub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm