Fədayə Laçın: ”Həmkarlarım Məhəbbətə layiq deyillər”
Bizi izləyin

Magazin1

Fədayə Laçın: ”Həmkarlarım Məhəbbətə layiq deyillər”

Müğənni Fədayə Laçın dünyasını dəyişən dostu, müğənni Məhəbbət Kazımovun repertuarına müraciət edən həmkarlarını tənqid edib. İfaçı həmkarlarının Məhəbbətə layiq olmadığını və onun adı ilə reklam olunmaq istədiyini bildirib.

“Məhəbbət Kazımovun sağlığı çoxlarına reklam idi. Ölümündən də özünə reklam edən müğənnilər var. Müğənnilər Məhəbbətin ölümündən sonra onun adını çəkməklə özlərini reklam edirlər. Bir mahnını ifa edəndə bilməlidirlər ki, onu kim ifa edib. Və həmin mahnını necə oxumaq lazımdır. Sonradan bərbad gündə oxunan mahnılar Məhəbbət Kazımovun ailə üzvlərinin də xoşuna gəlmir”.

Maraq üçün qeyd edək ki, Məhəbbət Kazımovun repertuarına ən son müraciət edən müğənni Xatirə İslam olub. O, Kazımovun “Mən səni sevən gündən” mahnısını aranjeman etdirərək yenidən ifa edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm