Gülnarə Xəlilovanın Avropa Oyunları ilə bağlı kolleksiyası nümayiş olunub - VİDEO/FOTO
Bizi izləyin

Bakı 2015

Gülnarə Xəlilovanın Avropa Oyunları ilə bağlı kolleksiyası nümayiş olunub - VİDEO/FOTO

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu və birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən ilk Avropa Oyunları ilə əlaqədar Londonda moda nümayişi keçirilib.

Modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın milli kolleksiyası nümayiş olunub. Milli ornamentlərimiz və “Bakı-2015”in rəmzləri ilə bəzədilmiş geyimlər böyük maraqla qarşılanıb.

Bu barədə Publika.az-a Gülnarə Xəlilova məlumat verib.

Kolleksiyanın əsas siması model Günay Musayeva olub.

Azərbaycan milli musiqisinin müşayiəti ilə keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, yerli ictimaiyyətin nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak ediblər. Tədbir çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən video nümayiş olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm