Gözəllik
Buraxılış gecəsi üçün sadə saç düzümləri - FOTOLAR
Buraxılış gecəsi yaxınlaşır. Məzun olub əylənməyi xəyalında canlandıran qızalar həmin gün qüsursuz görünməyin yollarını axtarırlar. Bunun üçün çox təmtəraqlı saç yığıb, makiyaj edib, paltar və ayaqqabı seçmənizə ehtiyac yoxdur. Buraxılış gecəsində yaşınıza uyğun bəzək-düzəklə yollarla qüsursuz görünə bilərsiniz.
Publika.az buraxılış gecəsi üçün bir neçə saç düzümü seçib.
Qısa saçlara sahibsinizsə, geriyə daranmış “nəmli” saçlarla müasir bir görünüşə sahib ola bilərsiniz. Məzun gecəsinə hazırlaşan qısa saçlı xanımlar kədərlənməsin! Çünki qısa saç modelləri bu mövsüm çox dəbdədir. Odur ki, saçınızı düzəldə biləcəyiniz bir çox modellər və aksessuarlar tapa bilərsiniz.
Saçlarınız uzun və düzdürsə, dalğalı saç düzümü edə, yarısını yığa, ya da açıq qoya bilərsiniz. Özəl gecələrdə saçların mütləq toplanmalı olduğu ilə bağlı məcburiyyət yoxdur.
Dalğalı saçlı xanımlar sadəcə fen çəkdirib möhkəm toplanmış bir atquyruğu ilə olduqca havalı görünə bilərlər. Saçını fenləmək istəməyənlər özünü buna məcbur etməyə də bilər. Çünki dalğalı saçlar da çox dəbdədir.
Buruq saçlı xanımlar isə görünüşlərini saç sancaqları və aksessuarlarla tamamlaya bilərlər. Paltarınızı tamamlayacaq saç lentləri və bantlar sizi çox qəşəng göstərəcək. Gül çələngləri ilə bəzənmiş saç modelləri buraxılış gecələri üçün əla seçimdir. Onlar sizin saf, pak gözəlliyinizi üzə çıxaracaq.
Hörük saç modelləri hələ də dəbdədir. Bu trendə əməl etmək üçün müxtəlif modellər var.
Dağınıq toppuz bir çox mərasimlərin əvəzolunmaz saç modelidir. Çünki hər üz tipinə yaraşır və eleqant göstərir.
Sadə toppuzlar dağınıq toppuz qədər istifadə olunmasa da, gənc qızlara çox yaraşır. Lakin tam klassik deyil, retro toppuz modelləri yığmağı tövsiyə edirik.
Aytən
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!