Boşanan Nigar Camal: “Mənə eşq lazımdır” - VİDEO
Bizi izləyin

Magazin1

Boşanan Nigar Camal: “Mənə eşq lazımdır” - VİDEO

Azərbaycanı 2011-ci ildə “Eurovision” musiqi yarışmasında uğurla təmsil edərək vətənimizə qalibiyyət qazandıran müğənni Nigar Camal sosial şəbəkələrin aktiv istifadəçisidir. Müğənni sosial şəbəkə vasitəsilə onu izləyən 50 minə yaxın izləyiciyə sanki hesabat verir. Getdiyi tədbirlərdən, çıxdığı səhnələrdən, görəcəyi işlər və yenilikləri barədə Nigar Camal mütəmadi olaraq xəbər yerləşdirir. Bütün bunlarla yanaşı, ifaçı əyləndiyi məqamları da izləyiciləri ilə bölüşür.

Türkiyə və Londonda yaşayan müğənni əyləncə məkanlarından birində rəfiqəsi ilə əylənərkən sosial şəbəkədə paylaşdığı videolar da marağa səbəb olub.

Gecə klubunda müğənninin türkiyəli müğənni Simgenin “Bana aşk lazım” mahnsını ifa etməsi isə daha çox diqqət çəkib.

Publika.az ifaçının əyləndiyi məqamları təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm