Magazin1
Elxan Cəfərovun “Yarımçıq xatirələr”i - FOTOLAR
Mayın 9-da Nizami Kino Mərkəzində rejissor Elxan Cəfərovun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal edilmiş “Yarımçıq xatirələr” bədii filminin təqdimatı keçiriləcək.
Rejissorun Publika.az-a verdiyi məlumata görə, filmin əsas çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılıb.
Film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70
illiyinə həsr olunub: “Filmin qəhrəmanı iki müharibənin
iştirakçısıdır. Böyük vətən müharibəsi qəhrəmanı yaşının ahıl
çağında doğma Qarabağın müdafiəsinə qalxır. Filmdəki hadisələr
Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks
etdirir...”
Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov, Yavər
Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Vadim
Şafranskiy, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, redaktoru
Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri isə Müşfiq
Hətəmovdur.
Rollarda Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkevbiç, Aleksandr Pavlov, İvan Matskeviç, Karim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoliy Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.
Cəvahir
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü