Xamalı toyuq budu - Resept
Bizi izləyin

Mətbəx

Xamalı toyuq budu - Resept

Publika.az-ın mətbəx bölməsi ləzzətli, xamalı toyuq budunun reseptini təqdim edir:

İnqrediyentlər:

500 qram kartof

10 toyuq budu

200 qram xama

Ədviyyatlar zövqə görə, məsələn, paprika, hazır satılan “toyuq üçün ədvalar", qırmızı istiot

50 qram sürtgəcdən keçirilmiş pendir

bitki yağı

Göyərti – göy soğan, cəfəri, şüyüd

Hazırlanma qaydası:

1.Kartofu həlqə formasında doğrayın, duz, istiot vurun, bitki yağı vurulmuş soba tavasına düzün.

2. Xama ilə ədviyyatları qarışdırın. Ağız dadınıza uyğundursa, tomat da əlavə edə bilərsiniz.

3. Toyuq budlarına xamalı sousdan sürtün və kartofun üzərinə qoyun.

4. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

5. 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.

6. Hazır xörəyin üzərinə göyərti səpilir.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm