Milli Parkın ərazisində narkotik bitki əkiblər
Bizi izləyin

Qırmızı.az

Milli Parkın ərazisində narkotik bitki əkiblər

Şahdağ Milli Parkının ərazisində narkotik əkilib-becərilməsi aşkarlanıb.

Ekologiya Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə Milli Parkın əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı aşkarlanıb.

Reyd zamanı Milli Parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 16 saylı dolayının 37-ci kvartalının 3 kv.m sahəsində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib.

Faktla bağlı ETSN tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm