Qırmızı.az
Yeni “qaz müharibələri” başlanır – Azərbaycan oyunun şərtlərini dəyişir
“Avropada “Qazprom” erası başa çatır və qarşıdakı yaxın dönəmdə qitə Rusiya qazından qurtula bilər”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Hill” nəşri yazıb.
Nəşr Avropanın bu yolda Azərbaycana böyük ümidlər bəslədiyini qeyd edir: “İran qazı da Avropa bazarına çıxarıla bilər və bu Xəzər sahillərindən gələn ümumi xətlərlə mümkündür. Halbuki, indiyə qədər Avropada əsas inhisar “Qazprom”a aid idi. Onun bazardan çıxarılması qərarı on illərlə ərzində baş verənlərdən irəli gəlir. 2006-2009-cu illərin “qaz müharibələri”ni heç kim unutmayıb. Rusiya öz “qiymət siyasəti” ilə Avropanı çökdürmək istəyirdi. 2006-ci il böhranı həll olunsa da, 2009-cu ildə Avropa qışı daha pis keçirdi. Məhz həmin vaxtdan sonra Rusiyadan qurtulmaq haqda qəti qərar verildi”.
Məqalədə qeyd olunur ki, “Qazprom”dan qurtulmaq qərarı verilsə
də, hazırda Şərqi Avropa ölkələrinin bir çoxu Rusiya qazından asılı
olaraq qalır.
“Estoniya, Latviya, Finlandiya və Bolqarıstan Rusiya qazından 100
faiz asılıdır. Avropa Birliyinin 13 ölkəsi Ukrayna vasitəsilə
Rusiya qazını alır. “Cənub axını” ləğv olunsa da, Moskva “Türk
axını” layihəsini gerçəkləşdirmək üçün Türkiyəyə təzyiq edir. Bu
layihə Türkiyə vasitəsilə Azərbaycan qazını Avropaya çıxaracaq
TANAP-a, ümumilikdə Cənub Qaz Dəhlizi layihəsinə alternativ olaraq
ortaya atılıb. Rusiya eyni zamanda, Yunanıstan və Macarıstanla
danışıqlara girərək oyunu pozmaq istəyir. Göründüyü kimi, “Qazprom”
Avropa bazarında Azərbaycan, İran və Amerikanı özünə rəqib görür və
bütün vasitələrlə öz payını güzəştə getmək istəmir. Bu isə yeni
“qaz müharibələri”nin başlayacağını istisna etmir”, - deyə məqalədə
vurğulanır.
Nəşr Avropa Birliyi və ABŞ-a Azərbaycan kimi etibarlı tərəfdaş
ölkələri qorumağa çağırır: “Moskvanın siyasəti əvvəlkindən daha
sərt formaya keçir. Gözlənilən yeni “qaz müharibələri”ndə bu daha
kəskin hal alacaq. Qərb buna qarşı düşünməlidir”.
Asif Nərimanlı
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı