Ziyafət gecələri üçün təmtəraqlı aksessuarlar – FOTOLAR
Bizi izləyin

Dəb

Ziyafət gecələri üçün təmtəraqlı aksessuarlar – FOTOLAR

Bu gün Nyu-Yorkda "Met Gala" kimi tanınan dəb şousu keçirilib

Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunun (Metropolitan Museum of Art's Costume Institute) hər il keçirdiyi dəb şousunda iştirak edən tanınmış simalar gecəyə bir-birindən dəbdəbəli geyimlərdə gəliblər.

Məşhur xanımlar öz geyim dəstlərindən başqa, bərq vuran zinət əşyaları və aksessuarları ilə də diqqət çəkiblər.

Publika.az məşhurların ən yaxşı aksessuarlarını təqdim edir:

Sırğa

Sözsüz ki, bu il iri və uzun sırğalar bəzəklər arasında liderdir. Ən yaxşı bəzək əşyalarından birini Karolina Kurkova taxmışdı. Onun sırğası və ayaqqabıları paltar ilə harmoniya təşkil edirdi.

Lizzi Kaplan, Sienna Miller, Kris Cenner saçaqlı sırğalar seçiblər. Selena Qomez ilə Vanessa Hudgens iri və gözqamaşdırıcı variantlara üstünlük veriblər.

Klatç

Ulduzların seçdiyi əl çantaları (klatç) da xüsusi tərifə layiqdir. Karolina Kurkova ilə Lili Oldric - balıq və əjdaha şəklində seçdikləri klatçları çox cəsarətli görünürdü. Qalanları isə rəngarəngliyi seçilirdi.

Ayaqqabı

Ulduzların demək olar ki, hamısı üstü açıq ayaqqabılara üstünlük verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm