Murad Arif: “Düşmən bağrı çatladacağam” - VİDEO
Bizi izləyin

Magazin1

Murad Arif: “Düşmən bağrı çatladacağam” - VİDEO

Şoumen, bəstəkar Murad Arif çoxdan anons etdiyi “İnşallah” mahnısını bu gün dinləyicilərin ixtiyarına verib. Müəllif Publika.az-a bildirib ki, söz və musiqisi M. Arifə məxsus olan “İnşallah” mahnısı artıq radio dalğalarında səslənir. Mahnını Rəşad Bağırov aranjeman edib: “ Mahnı artıq ajiotaj yaradıb. Bu iki gündə yüzlərlə mesaj almışam. Əslində tamamilə başqa mahnı təqdim etmək fikrindəydim. Amma bu mahnını bəstələyən kimi saxlaya bilmədim. Əsl isti yay havalarının çoşqulu mahnısıdır. Yüksək səslə dinləyin. Əminəm bəyənəcəksiniz!”.

Murad Arif “İnşallah” mahnısı ilə bağlı maraqlı bir məqamı da açıqladı: “Aranjemanda Maykl Jekson, Madonna və Nura Surinin səslərindən istifadə etmişəm. Mahninin mövzusu, ritmi məcbur edir ki, maraqlı elementlər əlavə edim. Əminəm ki, hər dəfə dinlədikcə dinləyicilər yeni səslər eşidəcək. Bu mahnı ilə düşmən bağrı çatladacağam”.

M. Arif yeni mahnısına klip çəkdirməyi də düşünür. Çox güman ki, klipə rejissor Fərhad Əli quruluş verəcək. Xatırladaq ki, F. Əli onun hitə çevrilən “Həyat yoldaşımsan” mahnısına çəkilən klipin rejissorudur.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm