Nura: “Pul varsa, məşhursansa, lüt də gəzə bilərsən!” – FOTOLAR
Bizi izləyin

Magazin1

Nura: “Pul varsa, məşhursansa, lüt də gəzə bilərsən!” – FOTOLAR

Müğənni Nura Suri sosial şəbəkələrin ən aktiv istifadəçisi olmaqla yanaşı, həm də tənqidçi kimi fəaliyyətini orada daha uğurla davam etdirir. Müğənni real həyatda qarşılaşdığı istənilən problemi, çətinliyi “Facebook” sosial şəbəkəsində onu izləyən 30 min insanla bölüşür.

Bu dəfə isə onun hədəfi dünya ulduzları Rihanna və Beyons olub. Suri bu iki xanımı əxlaqsızlığı təbliğ etməkdə günahlandırıb və onların geyimi ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb.

“Rihanna və Beyons bir-birinin bəhsinə girib soyunurlar. Klipləri ilə porno ulduz olublar artıq. İndi də lüt gəzirlər. Pul varsa, məşhursansa, lüt də gəzə bilərsən”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm