Lalə Məmmədova Türkiyəyə getdi
Bizi izləyin

Magazin1

Lalə Məmmədova Türkiyəyə getdi

Əməkdar artist Lalə Məmmədova Türkiyədədir. Publika.az-a bu haqda açıqlama verən əməkdar artist Türkiyə səfərinin məqsədinin ulu öndər Heydər Əliyev adına yeni parkın açılış mərasiminin musiqili hissəsində çıxış etmək olduğunu bildirib.

“Hər kəsə Türkiyənin Adana, Mersin şəhərindən salamlar. Burada ulu öndərimiz Heydər Əliyev adına park açılıb. Dövlət televiziyamız incəsənət xadimlərimizlə birgə bu tarixi anı lentə alıb”.

Qeyd edək ki, açılış mərasimində əməkdar artist Lalə Məmmədovadan başqa xalq artistləri Azər Zeynalov, Zülfiyyə Xanbabayeva və xanəndə İlkin Əhmədov da iştirak ediblər.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm