Ay işığından yaranan tilsimli daş - FOTOLAR
Bizi izləyin

Layihə

Ay işığından yaranan tilsimli daş - FOTOLAR

Yarıqiymətli daşlardan bəlkə də ən qədimi Ay daşıdır. Bu daş qədim zamanlardan bəri həm gözəlliyinə, həm də şəfalı xüsusiyyətlərinə görə, çox sevilib.

Bu dəfə "Mücrü" layihəsində tilsimli olduğuna inanılan Ay daşı haqqında oxuyacaqsınız.

Niyə Ay daşı adlandırıldı?

Bu daş yarışəffaf, narıncı, boz, süd və ağ rənglərdə olur. Açıq çəhrayı, yaşıl Ay daşlarına da rast gəlinir. Göyqurşağı adı verilən növü isə işıqda maviyə çalır.

Ay daşı yataqları daha çox Braziliya, Şri-lanka, Madaqaskar, ABŞ və Türkiyədə aşkarlanıb. Bu daşdan keyfiyyətli şüşə istehsalında istifadə edilir. Ay daşı çox erkən mədəniyyətlərdə ləl-cavahiratların hazırlanmasında istifadə edilib.

Romalılar bu daşın Ayın şüalarından yarandığına inanıblar. Daşa "Ay daşı" deyilməsinin əsas səbəbi onun ağımtıl rəngi və Ayı xatırladan görünüşüdür. Daşa məhz bu adın verilməsinin digər bir səbəbi isə Ayın insanın əhval-ruhiyyəsinə etdiyi təsiri artırdığına inanılmasıdır. Ay gecələr göründüyü üçün eşqin, romantikanın simvolu hesab edilir. Elə buna görə də, Ay daşı eşqi təmsil edir.

Roma və Yunanıstanda Ay tanrısının barmağında məhz Ay daşından hazırlanan üzük təsvir edilib.

Müqəddəs olduğuna inanılıb

Qədim zamanlarda bu daşın səyahətçiləri mühafizə etdiyinə inanılıb. Sehrli və tilsimli olduğu düşünülən Ay daşı ilə bağlı ən çox əfsanə Hindistanda yayılıb. Bu ölkədə Ay daşı müqəddəs hesab edilib. Onun sevgililəri daha ehtiraslı etdiyini düşünüblər.

Ərəblər üçün də Ay daşı xüsusi əhəmiyyət kəsb edib. Ərəb qadınları bu daşın ana olmaq qabiliyyətini artırdığına inanıblar. Hindlilər isə yuxuların çin çıxması üçün hələ də Ay daşından istifadə edirlər. Sevgini qüvvətləndirdiyi üçün o, ailə daşı hesab edilib. Hindistanda, Ərəb ölkələrində və Şri-Lankada qadınlar hamilə qalmaq üçün gecə paltarlarına və ya yastıqlarına Ay daşı ilişdiriblər.

Göz qamaşdırmaq üçün Ay daşına müraciət edən ulduzlar

Tarix boyu Ay daşından ən çox qadınlar istifadə ediblər. Ancaq onun şəfalı xüsusiyyətlərindən yararlanmaq istəyən kişilər də bu daşa müraciət ediblər.

İndiki dövrdə də Ay daşı öz populyarlığını qoruyub saxlayıb. Belə ki, ən cazibədar Hollivud ulduzları, müğənnilər Ay daşının tilsiminə inanırlar. Ona görə də, onlar mücrülərində Ay daşından hazırlanan heç olmasa bir neçə boyunbağı, üzük saxlayırlar. Qırmızı xalıda göz qamaşdırmaq istəyən ulduzlar tez-tez Ay daşının sehrli qüvvəsindən istifadə edirlər.

Kristin Stüartın onu məşhurlaşdıran "Alatoranlıq" filmində istifadə etdiyi üzük xüsusilə diqqət çəkmişdi. Pop ulduz Rihanna isə dəvətlərdən birində iri Ay daşlı üzükləri ilə stilini vurğulamışdı. Naomi Uats, Adriana Lima, Ledi Qaqa da daxil olmaqla onlarla ulduz bahalı almaz və ya brilyant əvəzinə məhz Ay daşından hazırlanan zinət əşyalarına üstünlük verirlər.

Hansı bürcə şans gətirir?

Ay daşı astrologiyada ruhu təmsil edən Ay planetinin daşıdır. Ay xərçəng bürcünün planeti olduğu üçün Ay daşı bu bürcün insanlarına uğur gətirir. Oxatan bürcünün yaradıcı ruhunu zirvəyə qaldırır, Balıq bürcünün isə həssaslığını artırır.

Ruh və bədən sağlamlığı üçün əsl şəfa mənbəyi

Ay daşı insana şəfa vermək baxımından ən güclü daşlardan biridir. Ay daşının faydaları elm adamlarının da diqqətini çəkib. Araşdırmalar nəticəsində məlum olub ki, bu daşla bağlı xalq arasında yayılan şayiələrin çoxu doğrudur. Ay daşı həqiqətən də insanı bir çox təhlükələrdən mühafizə etməyə qadirdir.

1.Ay daşı mənfi enerjə qarşı qalxan funksiyasını yerinə yetirir.

2. İnsana həyat sevgisi aşılayır.

3.Yuxuların yaddaşda daha aydın qalmasını təmin edir. Yuxuları çin etdiyinə inanılır.

4.İmunitet sistemini qüvvətləndirir.

5.Böyrək xəstəliklərinə qarşı təsirlidir.

6. Toxluq hissi verir. Buna görə də arıqlamağa kömək edir. Pəhriz saxlayanlar bu daşdan hazırlanan boyunbağı taxa bilərlər.

7.Qadınların menstruasiya zamanı üzləşdikləri problemləri aradan qaldırır. Menstruasiya tsiklinin nizamlı olmasını təmin edir. Aybaşı zamanı yaranan ağrı və şişkinliyin qarşısını alır.

8. Əzələ, qıç, kürək ağrılarını aradan qaldırır.

9. Doğuş sancısını yüngülləşdirir.

10.Hüceyrələrin yenilənməsini təmin edir, yaşlanmağa qoymur.

11.Bəd nəzərdən qoruyur.

12. Eqodan və özünü bəyənmişlikdən qaynaqlanan əsəbi, kini-küdurəti aradan qaldırır.

13. İnsanın daha tez ünsiyyət qura bilməsini təmin edir. Altıncı hissi qüvvətləndirir.

14. Cütlüklərin bir-birlərinə bağlanmasını təmin edir. Ehtirası artırır.

15.İnsanın stressdən və gərginlikdən xilas olmasına kömək edir.

16.Sakitləşdirici xüsusiyyətə malikdir.

17. Qadın sonsuzluğuna qarşı təsirlidir. Ana olmaq ehtimalını artırır. Cinsiyyət orqanlarının xəstəliklərindən qoruyur.

18.Hormonları tarazlayır. Süd vəzilərinin daha çox işləməsini təmin edərək südü artırır. Ona görə də körpəsini əmizdirən qadınlara tövsiyə edilir.

19.Zoba faydalıdır.

20. Maddələr mübadiləsini sürətləndirir, həzmi asanlaşdırır.

21. Hissiyatı gücləndirdiyi üçün meditasiya ilə məşğul olanlar onu çox sevirlər.

22.Həkimlər və tibb bacıları yanlarında Ay daşı gəzdirsələr, xəstələrini daha tez sağlada bilərlər.

23.Ay daşını bitkilərin yanına qoyanda onların daha sağlam və uzunömürlü olduğuna inanılır.

24.Bəzi ölkələrdə Ay daşının qisməti açdığına inanılır. Bu daşı taxan şəxs qarşı cinsi maqnit kimi cəlb edir.

25. Ay daşı insana şans gətirir.

Daşın təsirini artırmaq üçün nə etməli?

O, çox fərdi bir daşdır. Bu daşa sadəcə sahibi toxunmalıdır. Başqa bir adam toxunduğu təqdirdə mütləq daşı təmizləmək lazımdır. Ay daşından hazırlanan zinət əşyalarını təmizləməyin ən yaxşı üsulu onları hematit daşlarının olduğu qabın içərisində saxlamaqdır. İri Ay daşları isə hər istifadədən sonra axar suyun altında yuyulmalıdır. Daşın təsirini artırmaq üçün bütöv Ay olan gecələrdə onu Ay işığının altında saxlamaq lazımdır. Onu da qeyd edək ki, Ay daşını ancaq gümüşlə haşiyəyə almaq olar. Yəni, bu daşla bəzədilən qolbaqlar, sırğalar, üzüklər gümüşdən hazırlanmalıdır. Əks təqdirdə daş öz təsirini itirər. Daşın təsirini hiss etmək üçün onun bədəninizə toxunması şərtdir. Daşın bədəninizə təmas etməsi üçün boyunbağı və qolbağa üstünlük verə bilərsiniz.

Ay daşı digər qiymətli daşlarla müqayisədə daha kövrəkdir. Ona görə də onu diqqətli şəkildə mühafizə etmək lazımdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm