Nida.az
İŞİD metodları Qafqazda tətbiq olunur – YENİ CƏBHƏ
“Bu gün İŞİD döyüşçülərinin Qafqaza dönüşü bir qədər çətin görünür. Hazırda bu qruplaşma İslam dünyası tərəfindən tənqid olunur. İstər məşhur sünni alimləri, istərsə şiə icmasına daxil olan elm adamları Əl-Bağdadinin Qurani-Kərimi və hədisləri təhrif etdiyini, öz məqsədinə uyğun formada təqdim etdiyini deyirlər. Digər tərəfdən, İŞİD bir neçə cəbhədə döyüşmək məcburiyyətində qalıb və əvvəlki illərə nisbətən xeyli zəifləyib”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya
Şərqşünaslıq İnstitutunun Asiya, Qafqaz və Ural-Volqa ətrafının
öyrənilməsi Mərkəzinin böyük elmi işçisi, professor Mixail Roşin
deyib.
M. Roşin hesab edir ki, İŞİD-in terror üslubunun Qafqaza gəlməsi
ehtimalı daha böyükdür: “Bu gün İŞİD tərkibində Rusiyanın Şimali
Qafqaz regionunda, eləcə də Cənubi Qafqazdan olan döyüşçülər
vuruşur. Şimali Qafqazdan olan döyüşçülərin əksəriyyəti
Çeçenistandan gedənlərdir. Qafqaz üçün İŞİD-in sərt metodları
təhlükəlidir. Hansı ki, bu regiondakı radikallar eyni üsullarla
terror aktları törədə, eyni metodlarla ayaqlana bilərlər”.
Onun sözlərinə görə, bölgədən İŞİD-ə qoşulanların sayı artdıqca
təhlükə də genişlənir: “Düzdür, Qafqazda, eləcə də Rusiyada
vəziyyət nəzarət altındadır. Lakin gedənlərin sayı artdıqca, bu,
gələcəkdə ciddi çətinliklər yarada bilər”.
M. Roşin gənclərin İŞİD-ə qoşulması səbəbini daha çox romantika ilə
bağlayır: “Bu qruplaşma internet üzərindən təbliğat kampaniyası
aparır. Bu isə Qərb dəyərlərinə etiraz edənləri cəlb etmək üçün əla
müstəvidir. Biz Fransada çəkilən karikaturalara etiraz edən
Çeçenistan sakinlərində təbliğatın gücünü gördük. Biz təhlükəni
indiki məqamda görmürük. Lakin bu, İŞİD hüceyrələrinin Şimali
Qafqazda peyda olması ehtimalının olmaması demək deyil. Belə
ehtimal həmişə var və bu baş verərsə, təkcə Qafqazın Şimali yox,
Cənubu da təhlükə altında qalacaq. Misal üçün, biz Dağıstanda
radikal qrupların gənc komandirlərinin Əl-Bağdadiyə biət etdiyinin
şahidi olduq. İndiki məqamda Əl-Bağdadinin ona biət edənlərə
hərəkət etmə əmrini verəcəyini demək çətindir. Çünki Yaxın Şərqlə
Qafqaz arasında məsafə böyükdür və o, burdakı tərəfdarlarına heç nə
ilə kömək edə bilmir”.
Ekspert İŞİD-in Qafqaz cəbhəsinin nə qədər real olduğunu da şərh
edib. Onun fikrincə, bu, yaxın perspektivdə açıq şəkildə görünmür:
“Amma gizli hərəkat mövcuddur və onlar gizli formada İŞİD-in
Qafqazdakı dayaqlarını yaradırlar. Lakin onu da qeyd etməliyik ki,
belə dayaqların sayı azdır”.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!