ABŞ-dan açıqlama: “Ukraynanı Rusiyaya verməmişik”
Bizi izləyin

Dünya

ABŞ-dan açıqlama: “Ukraynanı Rusiyaya verməmişik”

“ABŞ Rusiya ilə işləməkdə davam edir, amma indiyə qədər həllini tapmayan və ortaq nöqtəyə gələ bilmədiyimiz çox məqam var”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf çıxış edib. Onun sözlərinə görə, Vaşinqton bununla bağlı bütün partnyorlarını məlumatlandırıb: “Dövlət katibi Con Kerrinin Rusiyaya səfərindən sonra bizim Ukraynadan əl çəkməyimizlə bağlı təbliğat aparılır. Bu heç də belə deyil. ABŞ Rusiya ilə işləməkdə davam edir, amma indiyə qədər həllini tapmayan və ortaq nöqtəyə gələ bilmədiyimiz çox məqam var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm