Xatirə Mehribanı "vurdu" - VİDEO
Bizi izləyin

Magazin1

Xatirə Mehribanı "vurdu" - VİDEO

ANS-də yayımlanan Azərbaycanın ən maraqlı realiti-şousu “Maşın”da gərginlik davam edir.

Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunun növbəti buraxılışı baş tutub. "Daha bir nağıl" devizi ilə yayımlanan proqramın bu günü maraqlı anlarla yadda qalıb.

Belə ki, hədəf seçilən müğənni Xatirə İslam tamaşaçıların səsini toplayaraq oyunda qalıb. 64,14% səs toplayan Xatirə İslam əvvəlcədən hədəf olaraq açıqladığı əməkdar artist Mehriban Xanlarovanı oyundan kənarlaşdırıb.

Realiti şouda Mehriban Xanlarova ilə arasında daim gərginlik yaşandığından Xatirə İslam onu hədəf seçmişdi. Mehriban Xanlarova öz pərəstişkarlarından Xatirənin getməsi üçün səs verməyi xahiş etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm