Ağamirzə xəstəliklə üz-üzə qaldı
Bizi izləyin

Magazin1

Ağamirzə xəstəliklə üz-üzə qaldı

Tanınmış meyxanaçı Ağamirzənin səhhətində problemlər yaranıb.

Bununla bağlı Publika.az-a danışan meyxanaçı hazırda özünü yaxşı hiss etsə də, onurğa sütununda yaranan problemdən əziyyət çəkdiyini deyib: “Onurğa sütunumda yaranan xəstəliyə görə əziyyət çəkirəm. Buna görə bir neçə dəfə müalicə də olunmuşam, amma xeyri olmayıb. Hələ də xəstəlikdən qurtula bilmirəm. Dostlarım məsləhət gördülər ki, müalicə üçün İrana, Türkiyəyə gedim. Amma elə Bakıda müalicə alıram”.

Meyxanaçı xəstəlik xəbəri ilə gündəmə gəlmək istəmədiyini də deyib: “İstəmirəm səhhətimdə yaranan problemlə gündəmə gəlim. İnsanlara mənim sənətim lazımdır, belə xəbərlər yox”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm