Bilal Əliyev: "Avropa Oyunlarının Azərbaycanda keçirilməsi vətənimizə qarşı fikirləri dəyişdirir"
Bizi izləyin

Bakı 2015

Bilal Əliyev: "Avropa Oyunlarının Azərbaycanda keçirilməsi vətənimizə qarşı fikirləri dəyişdirir"

“Bakı-2015” Birinci Avropa Oyunlarına sayılı günlər qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.

Xalq artisti Bilal Əliyev Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:

“Bu hadisə məni sevindirir. Elə bir neçə il əvvəlki qədər, yəni Azərbaycanda “Eurovision” musiqi yarışması keçiriləndə nə qədər sevinirdimsə, indi də bir o qədər sevinirəm. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi vətənimizə qarşı fikirləri dəyişdirir. Xarici ölkələr Azərbaycanı beynəlmiləl dövlət kimi qəbul edir. Burada insanlar rahatdır. Ən əsası azadlıq var. Hər kəs istədiyi kimi yaşaya bilir. Hətta xaricdə olanda da görürəm ki, əcnəbi telekanallar Azərbaycandan necə ağızdolusu danışır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm