Nazirlik bölgə sakinlərinin estetik zövqünü yüksəltmək üçün layihə keçirir
Bizi izləyin

Magazin1

Nazirlik bölgə sakinlərinin estetik zövqünü yüksəltmək üçün layihə keçirir

Mədəniyyət və Turizm Nazirliyi yaxın günlərdə respublikanın bölgələrində milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi istiqamətində yeni layihənin icrasına başlayacaq.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, layihə çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində, muzey və sərgi salonlarında Azərbaycanın görkəmli rəssamlarının nazirliyin fonduna məxsus bədii, tarixi, muzey əhəmiyyətli və yüksək maddi dəyərə malik əsərlərinin təqdimatı olacaq. İlk belə səyyar sərgi mayın 26-dan iyunun 10-dək Xızı rayonunda keçiriləcək. Sərgidə Azərbaycanın tanınmış rəssamı, əməkdar incəsənət xadimi Kamal Əhmədin 7 əsəri təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm