Hadisə
Təxribatçı mesajı yayan tələbə həbs olundu - RƏSMİ
“Bakı 2015”oyunları ərəfəsində Azərbaycanda
“təhlükəsizlik tədbirləri” haqqında yalan informasiyalar yayan şəxs
həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun Publika.az-a verdiyi məlumata görə, ötən gün hüquq-mühafizə orqanlarının apardığı araşdırma nəticəsində həmin məlumatı yayan şəxs müəyyən edilib.
“Həmin şəxsin kimliyi müəyyənləşib. Ötən gün məhkəmənin qərarı ilə 1995-ci il təvəllüdlü, Azərbaycan Texniki Universitetinin 3 kurs tələbəsi Mehdi Əliquliyev həbs edilib. Xırda xuliqanlıqda ittiham edilən M.Əliquliyev 20 sutkalıq həbs edilib”.
Qeyd edək ki, son günlər “Facebook” və “Whatsapp” istifadəçilərinin şəxsi mesaj qutularına “Bakı 2015” Avropa Oyunlarında “təhlükəsizlik tədbirləri” haqqında informasiyalar göndərilib.
Azərbaycan vətəndaşlarına müraciət edilərək ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilir və bir neçə gün əvvəlki yanğın hadisəsi kimi hadisələrin yenə baş verəcəyi istisna edilmir. Müraciətdə vətəndaşlara təhlükə anında DİN və MTN-in məlum xidməti nömrələri ilə əlaqə saxlamaq tövsiyə olunur.
Gülxar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!