Kapitansız millimiz Slovakiyaya qarşı - “Bizi gərgin oyun gözləyir”
Bizi izləyin

İdman

Kapitansız millimiz Slovakiyaya qarşı - “Bizi gərgin oyun gözləyir”

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 3-cü təsnifat mərhələsində ilk görüşünü keçirəcək. Rəqib Slovakiya yığması olacaq.

Azərbaycan yığması oyuna itki ilə çıxacaq. Natalya Məmmədova qolundakı ağrıların davam etməsi səbəbindən milliyə çağırılmayıb. Əvəzində analıq məzuniyyətindən qayıdan Valeriya Korotenko əsas komandada məşqləri bərpa edib.

Bu barədə Publik.az-a milli komandanın baş məşqçisi Faiq Qarayev məlumat verib:

“Bizi bu gün (23 may) Slovakiya ilə gərgin oyun gözləyir. Mayın 30-da isə cavab oyunu olacaq. Daha sonra Slovakiyadan Sloveniyaya keçəcəyik və iyunun 7-dək orada təlim-məşq toplanışında olacağıq. Toplanış müddətində ABŞ, Xorvatiya və daha 3 yığma ilə yoldaşlıq görüşü keçirəcəyik”.

Qeyd edək ki, cavab görüşü mayın 30-da Slovakiyanın Levitse şəhərindəki İdman Sarayında baş tutacaq. İki oyunun nəticəsində üstün olacaq komanda sentyabrın 26-dan oktyabrın 4-dək Hollandiya və Belçikada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə yüksələcək.

Avropa çempionatı

3-cü təsnifat mərhələsi, ilk oyun

18:00. AZƏRBAYCAN - Slovakiya

"Azəryolservis" İdman Mərkəzi

Hakimlər: İlhami Senyurt (Türkiyə), Alim Batyuk (Ukrayna)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm